Paytaxtda yol qəzalarında 17 piyada ölüb - RƏSMİ

   Paytaxtda yol qəzalarında 17 piyada ölüb -    RƏSMİ
  17 May 2021    Oxunub:2023
Bu ilin üç ayı ərzində Bakıda yol qəzalarında ölən piyadaların sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.

Onun sözlərinə görə, Bakıda baş verən 103 nəqliyyat hadisəsinin 50-si piyada vurulmasıdır ki, nəticədə 17 nəfər ölüb, 34 nəfər xəsarət alıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bakı   Yol   Qəza   Piyada  





Xəbər lenti