27 yaşlı gənc Tesla parkda intihar edib

   27 yaşlı gənc Tesla parkda intihar edib
  17 May 2021    Oxunub:2519
Mayın 17-də saat 11 radələrində paytaxt sakini 1994-cü il təvəllüdlü Əlizadə Mirəziz Əskər oğlunun Nəsimi rayonu ərazisində yerləşən Tesla parkı ərazisində özünü kəndirlə asaraq intihar etməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, habelə məhkəmə tibbi ekspertizası təyin olunub.

Hazırda Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

Azvision.az


Teqlər: Bakı   İntihar  





Xəbər lenti