“Şuşadakı festival erməni etnomədəni terroruna verilən cavab idi”

“Şuşadakı festival erməni etnomədəni terroruna verilən cavab idi”
  17 May 2021    Oxunub:2474
“Xarıbülbül” festivalı tarix yazan Ali Baş Komandanın xalqımızın və dünyanın tarixi yaddaşına müraciəti idi. Bu müraciət və mesajar isə milli yaddaşımıza əbədi həkk olundu”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, “Xarıbülbül” festivalı bir daha Azərbaycan mədəniyyətinin necə dərin köklərə malik olduğunu, mədəni irsimizin zənginliyini bütün dünyaya nümayiş etdirmiş oldu:

“Uzun illərdən sonra doğma Şuşamızı işğaldan azad etməyimiz və orada ənənəvi mədəniyyət festivalımızı yenidən bərpa etməyimiz Azərbaycan xalqının əzmindən, iradəsindən, qətiyyətindən xəbər verməklə, həm də necə böyük mədəniyyət yaradabilmə qabiliyyətini göstərdi. Bu, eyni zamanda həm də yaratdığımız mədəni irsə sahib çıxmağı bacarmağmızın nümayişi oldu. “Xarıbülbül” festivalının proqram zənginliyinə və rəngarəngliyinə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu festival həm də ölkəmizdə tarixən və bu gün də mövcud olan multikulturalizmin, çox mədəniyyətliliyin və onların harmoniyasının təntənəsi idi”.



Hikmət Babaoğlunun sözlərinə görə, bütün dünya bir daha gördü ki, Azərbaycanın mədəni irsi öz zənginliyini və dərin köklərini haradan alır, onun qaynaqları etnik və dini tolerantlığa və birgəyaşayışa necə söykənir:

“Bu isə həm də Azərbaycanın tarixi qələbəsinin əsaslarında duran faktorlardan biridir. Bu zənginliyi, multikulturalizmi, tolerantlığın və birgəyaşayı mənimsəyə bilməyənlər isə, sadəcə ermənilərdir. Çünki onlar regionumuza gəlmədirlər və yerli mədəniyyətlərə qarşı həmişə aqressiya nümayiş etdirib, onu vəhşicəsinə dağıtmağa çalışıblar.Yəni etnopsixoloji baxımdan onlar özlərini Cənubi Qafqazının etnolandşaftına aid hiss edə bilmirlər. Xislət etibarilə terrorçu və barbardırlar. “Xarıbülbül” festivalında multimədəni dəyərlərimizin, müsiqimizin ən yüksək səviyyədə bir daha təqdim edilməsi əslində həm də erməni etnomədəni terroruna verilən yaxşı cavab idi. Festivalda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı və bütün dünyaya verdiyi mesajlar isə, ayrıca bir tarixi hadisə idi. Bu tarixi yazan Prezidentin və Ali Baş Komandanın xalqımızın, dünyanın tarixi yaddaşına müraciəti idi. Bu müraciət və mesajar isə milli yaddaşımıza əbədi həkk olundu!”

Tural Tağıyev
Azvision.az


Teqlər:





Xəbər lenti