Quba sakininidən silah-sursat götürülüb

Quba sakininidən silah-sursat götürülüb
  17 May 2021    Oxunub:1160
Quba rayonunun Dağlı kənd sakini Q.Əliməmmədovun yaşadığı evdən silah-sursat aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Əliməmmədovun yaşadığı evdə axtarış aparıblar.

Axtarış zamanı evdən 3 ədəd “TOZ”, “Karabin” və “İJ” markalı tüfənglər, 1 patrondaş, 54 patron, eləcə də patron hazırlamaq üçün qırma, barıt və alətlər aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti