DİN polis atasının iddialarına cavab verdi

   DİN polis atasının iddialarına cavab verdi
  17 May 2021    Oxunub:2946
Daxili İşlər Nazirliyindən (DİN) Sumqayıt Şəhər Polis İdarəsində çalışan övladına qarşı qanunsuz intizam tənbeh tədbirləri görülməsi barədə vətəndaşın sosial şəbəkələrdə paylaşdığı iddialarına münasibət bildirilib.
DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Azvision.az -a bildirib ki, polis serjantı Nahid Razimlinin atasının iddiaları əsassızdır, həqiqəti əks etdirmir:

"Atanın övladının hansı əmələ görə cəzlandırılmasından məlumatlı olmasına baxmayaraq, əsassız və qərəzli fikirlər səsləndirməsi anlaşılmır. Atanın iddialarının bütün təfərrüatları tam və hər hərtərəfli araşdırılıb.

N.Razimlinin xidməti fəaliyyəti yoxlanılan zaman yol verdiyi nöqsanlara görə, ona cari ilin mart ayında "xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam tənbehi elan edilib. Lakin o, xidmətində heç bir dönüş yaratmayıb və tam fəaliyyətsiz olması ilə bağlı barəsində aparılan xidməti araşdırmalar bunu sübuta yetirib. Bununla əlaqədar ona dəfələrlə iradlar bildirilsə də nəticə çıxarmayıb, əməliyyat-axtarış fəaliyyətində məxfiçilik rejimini pozaraq, ciddi qanun pozuntularına yol verib".

E.Hacıyev deyib ki, cari ilin may ayının əvvəlində N.Razimlinin atası Natiq İsmayılov Sumqayıt şəhər Polis İdarəsinin rəhbərliyi tərəfindən də qəbul edilməklə övladının yol verdiyi nöqsanlar barədə məlumatlandırılıb:

"Polis rəisi ilə yanaşı, digər rəhbər vəzifəli şəxslə birlikdə qəbul edilən vətəndaşdan pul tələb edilməsi isə tamamilə cəfəngiyyat olmaqla yanaşı, faktsız və sübutsuzdur".

Azvision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti