“Dmanisidə baş verənlər təxribatdır” - Gürcüstanın sabiq deputatı

 “Dmanisidə baş verənlər təxribatdır” -  Gürcüstanın sabiq deputatı
  17 May 2021    Oxunub:2439
Dmanisidə baş verən hadisəni qətiyyətlə pisləyirəm.
Azvision.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin keçmiş deputatı Ruslan Hacıyev deyib.

Eks-deputat qeyd edib ki, hadisələrin rənginin dəyişməsi aydın görünməkdədir: "Dünən bir qrup milliyətcə svan və azərbaycanlılar arasında baş vermiş hadisə bu gün Dmanisi və ətrafında yaşayan təxribatçıların, gürcü soyadı ilə başqa amallara qulluq edən insanların marağına çevrilməkdədir. Bu Gürcüstana, Azərbaycan və gürcü xalqlarına qarşı yönəlmiş təxribatdır. Dmanisililəri, azərbaycanlıları və gürcüləri səbrli olmağa çağırıram. Bu, Gürcüstanın düşmənlərinin əlinə oynayacaq təxribatdır. Hüquq-mühafizə orqanlarını qəti tədbir görməyə çağırıram və inanıram ki, qısa zamanda Dmanisidə həyat normal vəziyyətə dönəcəkdir".

Xatırladaq ki, ötən gün Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava baş verib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Gürcüstan   Dmanisi  





Xəbər lenti