Naxçıvanda komanda-qərargah təlimi başladı - VİDEO

  17 May 2021    Oxunub :2213
   Naxçıvanda komanda-qərargah təlimi başladı -    VİDEO
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb.
Azvision.az xəbər verir ki, 2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edildiyi komanda-qərargah təlimi başlayıb.

Komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun “həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonlarına çıxarılıb.



Qoşunların fəaliyyətinin düşmənin hava kəşfiyyat vasitələrindən gizlədilməsi məqsədilə onların ərazidə maskalanması aparılıb. Maskalanma zamanı idarəetmə məntəqələrinin, cəmləşmə rayonlarının və döyüş texnikalarının saxta mövqelərinin yaradılmasına, müxtəlif növ texniki vasitələrlə təchiz edilməsinə xüsusi diqqət yetirilib.

Azvision.az

Teqlər: Naxçıvan   Təlim   Ordu