Nazir məhkumlarla bağlı statistikanı açıqladı

  17 May 2021    Oxunub :1658
   Nazir məhkumlarla bağlı statistikanı açıqladı
“Ötən dövrdə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanunvericiliyə əsasən 2.100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib, 3.300-dən artıq məhkumun cəza müddəti azaldılıb”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov “Milli Məclis” jurnalının 2021-ci il mart-aprel buraxılışında müsahibəsində bildirib.

Nazir bildirib ki, təkcə ötən il məhkəmələr tərəfindən 2.300-ə yaxın məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib:

“Bununla yanaşı, 740 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər. Ötən il pandemiya şəraitində yaşı 65-dən yuxarı olan məhkumların əksəriyyəti respublika Prezidenti tərəfindən əfv olunub. Dövlət başçısının Novruz bayramı ərəfəsində, martın 18-də imzaladığı 625 nəfəri əhatə edən əfv Sərəncamı müstəqillik dövrümüzün ən böyük əfvlərindən olmaqla minlərlə ailəyə sevinc bəxş edib. Sərəncamla həmin şəxslərdən 475-i azadlığa buraxılıb, 98 nəfərin cəzası yarıyadək azaldılıb, 3 nəfərin ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətlə əvəzlənib, 49 nəfər isə digər cəzalardan azad ediliblər. Onların sırasında xarici ölkələrin vətəndaşları da olub”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Ədliyyə   Nazir