Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişdi

Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişdi
  17 May 2021    Oxunub:2477
Sabahdan Bakı-Sumqayıt dəmir yolu xəttində yeni hərəkət cədvəli tətbiq ediləcək.
Bu barədə Azvision.az - a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, dəyişiklik Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sıxlığın aradan qaldırılması üçün nəzərdə tutulub. Belə ki, pandemiya şəraiti ilə əlaqədar fəaliyyəti dayandırılmış Bakı-Gəncə qatarı müvəqqəti olaraq sözügedən istiqamətlərdə sərnişinlərə xidmət göstərəcək.

Bu isə Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların sayını artıracaq.





Azvision.az



Teqlər: Bakı-Sumqayıt  





Xəbər lenti