Ukrayna Rusiyaya nota verdi

Ukrayna Rusiyaya nota verdi
  07 Mart 2014    Oxunub:1088
Ukrayna XİN Rusiyadan Krımda ordunun yerləşdirilməməsi haqqında rəsmi təsdiq tələb edib.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər nazirliyi Rusiya səfirinə Krım muxtariyyətində Qaradəniz donanması üçün razılaşdırılan məkandan kənar ərazilərə ordunun yerləşdirilməsi haqqında nota təqdim edib.

“Martın beşi axşam saatlarında Rusiyanın Ukrayna səfirliyinin nümayəndəsi XİN-ə çağrılaraq ona, RF ordusu qüvvələrinin Qara Dəniz bazasında yer almadıqları haqqında rəsmi məlumatın verilməsi haqqında tələbi əks etdirən nota verilib” deyə Ukrayna XİN informasiya siyasətinin departament müdiri Yevgeniy Perebeynis brifinqdə məlumat verib.

Qeyd edək ki, Ukrayna təhlükəsizlik orqanları Krım Ali soveti deputatlarının Rusiyaya birləşməsi haqqında qərarı ilə əlaqədar olaraq məhkəmədən əvvəl istintaqa başlaması haqqında məlumat verilib.



Teqlər:





Xəbər lenti