Xirdalanda tikili yanıb - YENİLƏNİB

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində vaqon tipli tikilidə yanğın olması barədə məlumat daxil olub.
Azvision.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.
Əlavə məlumat veriləcək.
Azvision.az