`İpək yolu`nda yük və sərnişin daşımaları çoxalıb

`İpək yolu`nda yük və sərnişin daşımaları çoxalıb
  07 Mart 2014    Oxunub:1142
DSK 2013-cü ildə “İpək yolu”nda nəqliyyatın fəaliyyəti haqqında statistik məlumat yayıb.
AzVision.az Dövlət Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, 2013-cü ildə “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 59,0 milyon ton və ya əvvəlki illə müqayisədə 3,8 faiz çox yük, 285,2 milyon nəfər və ya 9,3 faiz çox sərnişin daşınıb. Dəhlizdə daşınan yüklərin 46,5 faizi avtomobil, 36,2 faizi dəmir yolu, 17,3 faizi dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 9,0 faiz, dəmir yolu nəqliyyatında 0,2 faiz artım qeydə alınıb.

Dəhliz vasitəsilə daşınan yüklərin 25,0 faizini və ya 14,8 milyon tonunu tranzit yüklər təşkil edib.

Yük daşımaları fəaliyyətindən 476,3 milyon manat, sərnişin daşınmasından isə 106,5 milyon manat gəlir əldə olunub və müvafiq olaraq 7,5 faiz və 15,8 faiz artıb.


Teqlər:





Xəbər lenti