Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

   Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
  18 May 2021    Oxunub:1509
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 914 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 727, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 187nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 834 657, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 042 781, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 791 876 təşkil edir.

Azvision.az


Teqlər: Peyvənd  






Xəbər lenti