Spiker Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib

Spiker Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib
  18 May 2021    Oxunub:1246
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycanın parlament nümayəndə heyəti İtaliyada rəsmi səfərdədir.
Azvision.az xəbər verir ki, mayın 18-də nümayəndə heyəti Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Xatırladaq ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Həmin Sərəncama əsasən, Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.

Azvision.az


Teqlər: Milli-Məclis   Roma   Nizami-Gəncəvi  






Xəbər lenti