Estoniyada dinləmə qalmaqalı

Estoniyada dinləmə qalmaqalı
  07 Mart 2014    Oxunub:1143
Estoniya XİN rəhbərinin telefon danışığına gizli qulaq asılması faktı üzrə cinayət işi qaldırılıb.
Estoniyanın xarici işlər naziri Urmas Paet ilə Aİ-nin nümayəndəsi Ketrin Eşton arasında telefon danışığına qanunsuz qulaq asılması faktının araşdırılması üçün cinayət işi qaldırılıb.

“rus.err.ee” saytının verdiyi xəbərə görə, dövlət prokurorluğu qeyd edib ki, Estoniya vətəndaşının Konstitusiya hüquqlarına qarşı cinayətin bütün əlamətləri göz qabağındadır, çünki telefon danışıqlarının məxfiliyinə qəsd edilib.

Hökumətin əlində olan ilkin məlumatlar bunu deməyə əsas verir ki, telefon danışığına Estoniyada qulaq asılmayıb. Dövlət prokurorluğunda bildirmişlər ki, vəziyyəti dəqiq müəyyənləşdirmək üçün cinayət işi qaldırılıb.

Baş idarə bildirib ki, cinayətin harada törədildiyi prinsipial deyildir, o, Estoniya vətəndaşına qarşı yönəlib.

Xarici işlər nazirinin telefon danışığının dinlənilməsi Estoniya Respublikasının təhlükəsizliyi təhlükə yaratdığına görə cinayət işinə Təhlükəsizlik Polisi rəhbərlik edəcək.


Teqlər:





Xəbər lenti