Bakıda evdən 81 yaşlı kişinin meyiti tapıldı

Bakıda evdən 81 yaşlı kişinin meyiti tapıldı
  19 May 2021    Oxunub:987
Bakıda mənzildən kişi meyiti tapılıb.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Həsənov Rafael Hüseynbala oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​

Azvision.az


Teqlər: Meyit  





Xəbər lenti