“Qazilərin 90 faizində psixoloji problemlər vardı” - Açıqlama

 “Qazilərin 90 faizində psixoloji problemlər vardı” -  Açıqlama
  19 May 2021    Oxunub:1561
Səhiyyə Nazirliyinin Sanitar Kurort Reabilitasiya Mərkəzində 1000-dən artıq qazi müalicə alıb.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzin baş direktoru Mürsəl Mürsəlov deyib. O bildirib ki, hazırda Sanitar Kurort Reabilitasiya Mərkəzində 70-ə yaxın qazi müalicə alır.

“Rəqəmlər hər gün dəyişir. Çünki gündəlik giriş-çıxışlar olur, ona görə də ümumi rəqəmləri açıqlamaq mümkün deyil”.

M.Mürsəlov qeyd edib ki, müharibədən sonrakı ilk mərhələdə ağır vəziyyətdə müraciət edən qazilər vardı. Onlara psixoloji yardım göstərildi. İlk dövrlərdə qazilərin 90 faizində psixoloji durumla bağlı problemlər var idi. Artıq onların psixoloji durumu düzəlib, ağrıları azalıb, amma reabilitasiya ehtiyacı olduqları üçün müraciət edirlər".

Baş direktorun sözlərinə görə, bu dövrdə ətrafların travması, kəllə-beyin travmaları, psixoloji problemlərlə bağlı müraciət edənlər çoxluq təşkil edib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qazi   Reabilitasiya  






Xəbər lenti