“Leyla Medical Center” və “Oksigen”lə bağlı araşdırma aparılır - RƏSMİ

 “Leyla Medical Center” və “Oksigen”lə bağlı araşdırma aparılır -  RƏSMİ
  19 May 2021    Oxunub:4482
Bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt- Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oksigen” klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılıb.
Bu barədə Azvision.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

"Bununla bağlı bildiririk ki, qeyd edilən faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  






Xəbər lenti