Daha 1170 nəfər koronavirusdan sağaldı - Günün statistikası

   Daha 1170 nəfər koronavirusdan sağaldı -  Günün statistikası
  19 May 2021    Oxunub:1092
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 1170 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Ölkəmizdə indiyədək ümumilikdə 331 040 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 317 609 nəfər müalicə olunaraq sağalıb, 4814 nəfər vəfat edib, aktiv xəstə sayı 8617 nəfərdir.

Son sutka ərzində 10 568, hazırkı dövrədək isə 3 414 614 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti