Tahir Budaqov Şamil Ayrımla görüşüb
Azərbaycanla Türkiyənin bir-birinə hər zaman dəstək verdiyini deyən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana qətiyyətli, birmənalı mənəvi-siyasi dəstək verməsi sevindirici və qürurverici haldır.
Tahir Budaqov, həmçinin Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyasının iki ölkə arasında münasibətlərin daha da güclənməsinə öz töhfələrini verdiyini diqqətə çatdırıb.
Şamil Ayrım Azərbaycana səfər etməkdən məmnunluğunu bildirib. O qeyd edib ki, Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə əsaslanır. Şamil Ayrım vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün nümunədir. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vətən müharibəsində Azərbaycanın qazandığı qələbənin tarixi əhəmiyyətini də vurğulayıb.
Azvision.az
Teqlər: YAP







Vaxtında, Aydın, Lazımlı!


