Naxçıvanda sürücülərin vaksinasiyasına başlanılıb
Bu məqsədlə akademik Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında xüsusi peyvənd otaqları yaradılaraq zəruri avadanlıqlarla təchiz edilib. Müayinədən keçirilən sürücülərin vaksinasiyasına başlanılıb.
Peyvəndləmənin birinci günü ərzində xüsusi işçi qrupu tərəfindən 116 sürücü “Sinovac” vaksininə cəlb edilib. Vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb.
Vaksinasiyanın ikinci günü ərzində isə günorta saatlarınadək 88 nəfər ilk doza alıb. Peyvəndləmə mayın 20-də də davam etdiriləcək.
Qeyd edək ki, 2-ci doza vaksinasiya ilk peyvənddən 28 gün sonra həyata keçirilir.
Azvision.az
Teqlər: Naxçıvan Sürücü Vaksinasiya