Ərdoğan Fətullah Güləni tutdurmaq istəyir

Ərdoğan Fətullah Güləni tutdurmaq istəyir
  07 Mart 2014    Oxunub:1281
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünən ATV kanalında jurnalistlərin suallarını cavablandırarkən Obama ilə telefon danışığı ilə bağlı da danışıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Fətullah Gülənlə bağlı Obamadan nə istədiyini deyib: “Mən cənab Obama ilə də bununla bağlı danışmışdım. Ondan ümidliyəm. Ölkəmdəki narahatlığın səbəbi oradadır və sizdən də lazım olanı etməyinizi gözləyirəm. Siz necə ki, Amerikanın daxili təhlüksəziliyinə təhlükə törədənləri məndən istəyirsiz, mən də bu məsələdə sizdən yardım istəyirəm. O da buna müsbət yanaşdı və mesajı aldığını dedi”.

ABŞ diplomatik mənbələrinin Tvitter sosial şəbəkəsində yaydığı məlumata görə isə Ərdoğan ABŞ prezidenti Barak Obamaya Fətullah Gülən üçün İnterpolda cinayətkarlar üçün nəzərdə tutulan “qırmızı bülleten” açılmasını təklif edib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti