Təhsil üzrə İşçi Qrupun növbəti iclası keçirilib

Təhsil üzrə İşçi Qrupun növbəti iclası keçirilib
  20 May 2021    Oxunub:2240
Prezident İlham Əliyevin Sərəncamına əsasən təsdiq olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” üzrə Milli Prioritetinin həyata keçirilməsi məqsədilə yaradılan Təhsil üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev "Facebook" sosial səhifəsində paylaşım edib.

Nazir qeyd edib ki, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclas çərçivəsində prioritetin hədəflərinə nail olmaq üçün təhsil pillələri üzrə XXI əsrin tələblərinə uyğun təhsil məqsədlərinin reallaşdırılmasına dair fəaliyyətlər haqqında məsləhətləşmələr və müzakirələr aparılıb.

Azvision.az


Teqlər: Təhsil   Nazir  





Xəbər lenti