“Ermənistan sülh istəyirsə, öhdəliklərə əməl etməlidir” - Nurlan Həsənov

 “Ermənistan sülh istəyirsə, öhdəliklərə əməl etməlidir” -  Nurlan Həsənov
  20 May 2021    Oxunub:1346
Azərbaycanın heç bir qonşu dövlətin ərazisinə ehtiyacı və iddiası yoxdur. Azərbaycan öz sərhədlərini qorumaqla, regionda bütün dövlətlər arasında nəqliyyat xəttlərinin açılmasının və ticarət əlaqələrinin genişləndirilməsinin tərəfdarıdır.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov deyib.

Deputat bildirib ki, əgər Ermənistan da səmimi olaraq dayanıqlı və davamlı sülh istəyirsə, bu barədə ciddi düşünməlidir.

"Üçtərəfli sazişlə üzərinə düşən öhdəliklərə hər kəs əməl edərsə, sərhədlərin demarkasiyasında tərəflər beynəlxalq hüququn tələblərinə uyğun öhdəliklərini pozmarsa, Cənubi Qafqazda və ətraf regionda hər kəs bundan faydalanacaq. Ticarət əlaqələrinin genişləndirilməsi insanların sosial rifahını yaxşılaşdırmaqla, regionda sülhün davamlı olmasını təmin edə bilər", - deyə deputat vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Nurlan-Həsənov  






Xəbər lenti