Baş travmatoloq müharibə günlərini xatırladı: “Cəmi 1 dəqiqə zamanım var idi”

 Baş travmatoloq müharibə günlərini xatırladı:  “Cəmi 1 dəqiqə zamanım var idi”
  20 May 2021    Oxunub:941
Zədələnmənin adi hal aldığı müharibələr həkimləri yeni müalicə üsulları axtarmağa, vaxtında və ixtisaslı yardım göstərməyə vadar edir. Qısa zaman öncə Vətən müharibəsini yaşamışıq. Mən 1-ci Qarabağ müharibəsində, 20 Yanvar hadisələrində və 44 günlük Vətən müharibəsində həkim kimi ön cəbhədə xidmət göstərmişəm və hələ də göstərirəm.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov deyib. Onun sözlərinə görə, müharibədə əsas yaralanmaların 60-70 faizi ətraflarla bağlı olur.

"Tibbi xidmət baxımından dəyərləndirsək, burada əsas 3 komponent olur. Dərman təchizatı dövlət tərəfindən tam təmin edilmişdi. Transfer - həm təcili yardım maşınları, həm də helikopterlərlə daşınma çox operativ idi. Sonuncu isə savadlı tibbi heyətdir. Mən çox rahatlıqla deyirəm ki, həkimlər olaraq fədakar və yüksək xidmət göstərildi.

Düşünün, gün ərzində 20-ə yaxın yaralı qəbul edib, 2 saat yuxu ilə keçən günlərdən bəhs edirəm sizə. Hansı xəstəni ilk əməliyyat etməliyəm? Bunu düşünmək üçün cəmi 1 dəqiqə zamanım var idi. Amma həm dövlət tərəfindən, həm insanlar tərəfindən bizə o qədər isti yanaşma var idi ki, yorğunluq orada hiss olunmurdu. Bu bizim üçün müqəddəs bir xidmət idi. Vətən müharibəsində bir daha qəhrəman əsgərlərimiz və həkimlərimizlə qürur duyduq", - deyə İlqar Qasımov vurğulayıb.

Azvision.az


Teqlər:






Xəbər lenti