Füzulinin deputatından mina təhlükəsi barədə çağırış

Füzulinin deputatından mina təhlükəsi barədə çağırış
  20 May 2021    Oxunub:984
Son günlər seçicilərimlə keçirdiyim görüşlərdə ən çox səsləndirilən müraciətlərdən biri azad olunmuş torpaqlarımıza səfər etmək istəkləridir. Onlar doğmalarının məzarlarını ziyarət etmək, doğma yurdlarının nəfəsini duymaq istədiklərini bildirirlər.
Azvision.az xəbər verir ki, bunu Füzulinin deputatı Vüqar Bayramov deyib.

Deputat həm seçicilərinə, həm də digər vətəndaşlarımıza tövsiyə edib ki, işğaldan azad olunmuş ərazilərimiz tam olaraq minalardan təmizlənmədiyi üçün qanunsuz səfərlər edərək həyati təhlükə yaratmasınlar:

"Ermənistan silahlı qüvvələrinin ərazilərimizi minalaması səbəbindən 10 noyabr 2020-ci il tarixindən 10 mart 2021-ci il tarixinədək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 10 mülki şəxs həlak olub, 11 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan tərəfinin minalanmış ərazilərin xəritəsini təqdim etməməsi mülki vətəndaşlarımızı hədəf almaqla yanaşı, BMT-nin qəbul etdiyi konvensiyanın şərtlərini ciddi şəkildə pozur. Həyati təhlükə yaratdığı üçün ərazilərimiz minalardan təmizlənənə, rəsmi icazə verilənə qədər insanlarımızı səbirli olmağa çağırıram. Uzun illər Vətən həsrəti ilə yaşamış və öz doğma torpağına qayıtmaq istəyən insanların bu istəkləri başa düşülən olsa da belə, vətəndaşlarımızdan azad olunmuş torpaqlara qanunsuz səfər etməmələri xahiş olunur".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Füzuli   Deputat  






Xəbər lenti