“Vaksin istehsalında Bakı ilə əməkdaşlığa hazırıq” - Mişustin

“Vaksin istehsalında Bakı ilə əməkdaşlığa hazırıq” -  Mişustin
  20 May 2021    Oxunub:1512
Rusiya Azərbaycanla koronavirusa qarşı peyvəndlərin istehsalında əməkdaşlıq qurmağa hazırdır.

Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin Moskvada azərbaycanlı həmkarı Əli Əsədovla görüşdə deyib. Mişustin qeyd edib ki, Moskva və Bakı koronavirus infeksiyasına qarşı birgə mübarizə aparır.
Onun sözlərinə görə, Rusiya Federasiyası operativ olaraq Azərbaycana xüsusi test sistemləri verib, Bakıya rusiyalı tibb mütəxəssislərindən ibarət qruplar göndərilib. Bundan əlavə, may ayında “Sputnik V” peyvəndinin ilk partiyası Azərbaycana gətirilib.

"Biz sizinlə birlikdə rus peyvəndinin istehsalına başlamağa da hazırıq", - deyə baş nazir əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ƏliƏsədov   Mişustin   Rusiya   Peyvənd  






Xəbər lenti