Təyyarə biletlərinin qiyməti bahalaşdı

  07 Mart 2014    Oxunub : 543
Təyyarə biletlərinin qiyməti bahalaşdı
Dövlət Statistika Komitəsi 2014-cü ilin fevral ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında məlumat yayıb.
Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, cari ilin fevral ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.

Ay ərzində hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 5,3 faiz ucuzlaşıb, digər xarici ölkələr üzrə isə 3,8 faiz bahalaşıb.

Fevral ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 0,2 faiz, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 18,7 faiz bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi üzrə 0,3 faiz bahalaşma müşahidə olunub.

Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

AzVision.az

Teqlər: