Prokurorluqdan qadını güllələyən polislə bağlı AÇIQLAMA

   Prokurorluqdan qadını güllələyən polislə bağlı  AÇIQLAMA
  20 May 2021    Oxunub:1070
Bakıda polisin qadını güllələməsi və daha sonra intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Azvision.az -a sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb:

“Hazırda Baş Prokurorluğun istintaq idarəsinin, eləcə də Kriminalistika şöbəsinin və Yasamal rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir”.

G.Səlimzadə onu da qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Azvision.az


Teqlər: Bakı   Polis   Qadın   Güllələnmə  






Xəbər lenti