“Azərbaycan üçtərəfli bəyanata sadiqdir” - Əli Əsədov

 “Azərbaycan üçtərəfli bəyanata sadiqdir” -  Əli Əsədov
  20 May 2021    Oxunub:1493
Azərbaycan Qarabağla bağlı üçtərəfli bəyanata sadiqdir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov Moskvada rusiyalı həmkarı Mixail Mişustinlə görüşdə deyib.

"10 noyabr tarixində Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanan bəyanatda qeyd olunan öhdəliklərin yerinə yetirilməsini yüksək qiymətləndiririk və buna tam sadiqik. Azərbaycan bu bəyanat çərçivəsində götürdüyü bütün öhdəliklərini yerinə yetirməyə davam edəcəkdir", - deyə Baş nazir bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əli-Əsədov  






Xəbər lenti