FHN yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirib

FHN yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirib
  20 May 2021    Oxunub:918
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti 26 aprel 2021-ci il tarixindən 19 may 2021-ci il tarixinədək dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə respublikanın regionlarında pandemiya şəraitində müvafiq qaydalara əməl olunmaqla seminar-müşavirələr keçirib.
Azvision.az -ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yerli icra hakimiyyətləri, bələdiyyə, meşə mühafizəsi və bərpası müəssisələri, “Aqroservis” ASC və fermer təsərrüfatları nümayəndələrinin iştirak etdiyi "Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda keçirilən regional seminar-müşavirədə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişmə və məhsul yığımı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin, meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar müvafiq təşkilatlar qarşısında məsələlər qaldırılıb.





Azvision.az



Teqlər: FHN  





Xəbər lenti