Azay Quliyev seçicilərlə görüş keçirib

Azay Quliyev seçicilərlə görüş keçirib
  21 May 2021    Oxunub:604
Bu gün deputat Azay Quliyev 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsi, 91 saylı və 7-ci mikrorayon Süleyman Sani Axundov küçəsi, 3B saylı binaların həyətində açıq havada seçiciləri ilə karantin rejiminin tələblərinə riayət etməklə görüş keçirib.
Görüşdə iştirak edən seçicilər abadlıq-quruculuq işləri, kommunal, məşğulluq və binaların qazla təchiz olunması məsələləri ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin direktoru Sənan Məmmədov və Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov da iştirak edib.





Azvision.az


Teqlər: Azay-Quliyev  





Xəbər lenti