“Yeni vəziyyət yeni yanaşmalar tələb edir” - İlham Əliyev

 “Yeni vəziyyət yeni yanaşmalar tələb edir” -   İlham Əliyev
  21 May 2021    Oxunub:1074
Nizami Mərkəzinin təklif etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusu qlobal gündəlikdə duran mühüm məsələlərdəndir, çünki bu yaxınlarda Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu. Əlbəttə ki, yeni vəziyyət yeni yanaşmalar tələb edir.
Azvision.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxış edərkən söyləyib.

İlham Əliyev Slovakiya prezidenti ilə görüşüb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzini pandemiya dövründə çox yaxşı fəaliyyətinə görə təbrik edən dövlətimizin başçısı deyib: “Mərkəz yeni şəraitə özünü çox müdrik formada uyğunlaşdırdı. Pandemiya ilə bağlı vəziyyətdən asılı olmayaraq, öz fəaliyyətini yeni formada davam etdirdi. Eyni zamanda, bu fəal işin aparıldığı səkkiz il ərzində Mərkəz dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Onun geniş fəaliyyəti, əslində, dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edir. Mərkəzin üzvləri ölkələrinə, yaxud beynəlxalq təşkilatlara uzun illər rəhbərlik etmiş məşhur dünya siyasətçiləridir. Sizin təcrübəniz həqiqətən unikaldır. Bir sözlə, bu cür təcrübənin bir araya toplanması, hesab edirəm ki, bugünkü dünyada nadir hadisədir”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  






Xəbər lenti