Lavrov kanadalı nazirlə Qarabağı müzakirə etdi

 Lavrov kanadalı nazirlə Qarabağı müzakirə etdi
  21 May 2021    Oxunub:1340
Rusiyanın xarici işlər naziri Sergey Lavrov kanadalı həmkarı Mark Qarno ilə görüşdə Dağlıq Qarabağ məsələsini müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Görüş Rekyavikdə Arktika Şurasının toplantısı çərçivəsində baş tutub.

"Kanada bir daha Ermənistanı və Azərbaycanı gərginliyi azaltmağa çağırır”, - deyə Qarno bildirib.

Bundan əlavə, XİN rəhbəri Ottavanın Krımla bağlı məlum mövqeyini Lavrovun diqqətinə çatdırıb. O, son vaxtlar Rusiya qoşunlarının Ukrayna sərhədləri boyunca hərəkət etməsindən narahatlığını ifadə edib, həmçinin bloger Aleksey Navalnıyı sərbəst buraxmağa çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Lavrov   Rusiya   Kanada  






Xəbər lenti