Müdafiə naziri Belarusa başsağlığı verdi

   Müdafiə naziri Belarusa başsağlığı verdi
  21 May 2021    Oxunub:1846
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninə başsağlığı ünvanlayıb.
Azvision.az xəbər verir ki, başsağlığında deyilir:

"Baranoviç şəhərində Yak-130 ekipajının faciəvi şəkildə həlak olması xəbəri məni çox kədərləndirdi.

Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olanların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

Azvision.az


Teqlər: Azərbaycan   Belarus   Müdafiə-naziri   Başsağlığı  






Xəbər lenti