“Saxta əlilliklə bağlı məlumat verənlərin kimliyi gizli saxlanılacaq”

“Saxta əlilliklə bağlı məlumat verənlərin kimliyi gizli saxlanılacaq”
  21 May 2021    Oxunub:1096
Azərbaycanda əlilliyin göstəricisi əhaliyə nisbətdə 6 faiz təşkil etsə də, bu rəqəm pensiya sistemində 30 faizdir.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib. O bildirib ki, bu rəqəm digər ölkələrlə nisbətdə böyük göstəricidir.

“Bu, köhnə dövrdə əlilliklə bağlı sui-istifadələrdən xəbər verir. Sosial sahədə aparılan islahatların bir növü olaraq son dövrlərdə 7 mindən çox əlillik ləğv edilib. Bu işlər mütəmadi olaraq davam edir. Vətəndaşları saxta əlilliklə mübarizəyə çağırırıq. Onlar kiminsə saxta əlillik aldığını bilirsə, bizə məlumat versinlər və həmin şəxslər müayinədən keçsinlər. Bizə saxta əlilliklə bağlı məlumat verən şəxslərin kimliyi gizli saxlanılacaq”.

Aytən Zəhra
Azvision.az





Teqlər: Əlillik   ƏƏSMN  






Xəbər lenti