“Əlillikdən könüllü imtina edənlər də var” - Agentlik rəsmisi

 “Əlillikdən könüllü imtina edənlər də var” -  Agentlik rəsmisi
  21 May 2021    Oxunub:1016
Sağalan və reabilitasiya olunan şəxslər qorxmadan müraciət edə və əlilliklərindən imtina edə bilərlər.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib. O bildirib ki, burada geri ödəmə faktoru olmur.

"Artıq sağalan və reabilitasiya olunan vətəndaşlardan könüllü olaraq müraciət edib, əlillikdən imtina edənlər də var. Bu gözəl məqamdır və digər vətəndaşları buna çağırıram”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Saxta-əlillik  






Xəbər lenti