Naxçıvan Ali Məhkəməsinə yeni hakimlər təyin olundu

   Naxçıvan Ali Məhkəməsinə yeni hakimlər təyin olundu
  21 May 2021    Oxunub:1140
Naxçıvan Ali Məhkəməsinə yeni hakimlər təyin olunub.
Azvision.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəddə əksini tapıb.

Sənədə əsasən, aşağıdakı şəxslərin Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunması üçün namizədliyi irəli sürülüb:

1. Allahverdiyev Əli Kərim oğlu

2. Kuimova Vera Gennadiyevna

3. Qurbanov Yusifəli Süleyman oğlu

Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Hakim   Məhkəmə  






Xəbər lenti