Gəncə Apellyasiya Məhkəməsinə 2 hakim təyin edildi

Gəncə Apellyasiya Məhkəməsinə 2 hakim təyin edildi
  21 May 2021    Oxunub:1740
Gəncə Apellyasiya Məhkəməsinə iki yeni hakim təyin olunub.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” sənəddə öz əksini tapıb.

Sənədə əsasən, Salman Bilal oğlu Hüseynov və Mirbahəddin Mirdamət oğlu Hüseynov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunması təklif edilib.

Təklif edilib ki, Tapdıq Şükür oğlu Mahmudov isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunsun.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Gəncə   Apellyasiya  






Xəbər lenti