|
| İlham Əliyev Slovakiya prezidenti ilə görüşüb |
Sülh sazişinin hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanın bunu etməyə hazırıq olduğunu deyib: “Biz açıq şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırıq və sözsüz ki, Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır. Sizin də bildiyiniz kimi, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və bununla bağlı heç bir şübhə yoxdur. Dağlıq Qarabağ işğal dövründə və indi də Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq. Buna görə də onlar Dağlıq Qarabağın statusu haqqında bütün səylərdən vaz keçməlidirlər. Bu, müzakirə predmeti olan məsələ deyil. İndi bizdə olan məlumata görə, rus sülhməramlılarının nəzarəti altındakı ərazidə otuz min insan yaşayır. Orada yaşayan insanlar bizim vətəndaşlarımızdır. Biz onları erməni təbliğatı tərəfindən beyinləri yuyulmuş vətəndaşlarımız hesab edirik”.
Prezident bildirib ki, əgər sülh sazişinə nail olunarsa, üç Cənubi Qafqaz ölkəsi arasında azad ticarət aparıla bilər və bu da mümkündür. Azərbaycan buna hazırdır və Ermənistan tərəfindən müsbət cavab gözləyəcək.







Vaxtında, Aydın, Lazımlı!


