“BP bundan sonra da 30 il strateji tərəfdaşımızdır” - Prezident
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu gün əməkdaşlıq çox fəal şəkildə davam edir. BP 30 il ərzində və ən azından bundan sonra da 30 il ərzində bizim strateji tərəfdaşımızdır, çünki yeni perspektivlər var, yeni müqavilələr imzalanıb.
“Həm BP, həm də Azərbaycan bərpaolunan enerji mənbələri üzərində fəal çalışırlar. Bu yaxınlarda nazirimiz mənə məlumat verib ki, işğaldan azad olunmuş ərazilərdə günəş enerjisinin istehsalına investisiya yatırmaq planı var. Xüsusilə Qarabağın işğaldan azad olunmuş ərazilərini “yaşıl zona” və “ağıllı şəhər” elan etdiyimizi nəzərə alsaq, bu, bizim üçün çox faydalı olacaqdır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində bizimlə işləmək üçün ilk əcnəbi şirkətlər sırasında Britaniya şirkətlərini də tərəfdaşlarımız qismində dəvət etmişik və bu proses artıq başlayıb”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Şəhərlərin baş planlarının hazırlandığını qeyd edən Prezident İlham Əliyev deyib: “Biz çox fəal fazadayıq. Biz dost ölkə olan Britaniya şirkətləri ilə əməkdaşlığı genişləndirmək istəyirik. Əminəm ki, komissiyanın iclası zamanı bu məsələ də müzakirə olunacaqdır. Beləliklə, bizim ikitərəfli əməkdaşlığımızın həqiqətən də geniş gündəliyi var”.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev







Vaxtında, Aydın, Lazımlı!


