Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəştləri ediləcək

   Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəştləri ediləcək
  21 May 2021    Oxunub:1037
Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Layihə müzakirələrdən sonra I oxunuşda səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vətən-Müharibəsi   Qəhrəman   Vergi   Güzəşt  





Xəbər lenti