Ermənilər Qarabağda mədəniyyət nümunələrinin əksəriyyətini məhv edib

   Ermənilər Qarabağda mədəniyyət nümunələrinin əksəriyyətini məhv edib
  21 May 2021    Oxunub:1486
Mədəni irsimizə qarşı törədilən vandalizm aktları ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən UNESCO və ICESCO-ya, BMT-nin Sivilizasiyalar Alyansına və 150 ölkənin Mədəniyyət Nazirliyinə müraciət edilib. İndiyədək işğaldan azad edilmiş ərazilərdə dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib.
Azvision.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib. Nazir bildirib ki, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyekt aşkar edilib:

“Baxış keçirilən tarix-mədəniyyət nümunələrinin əksəriyyəti işğalçılar tərəfindən tamamilə məhv edilib. Həmçinin 846 mədəniyyət müəssisəsi monitorinq edilib ki, onlardan 451-i kitabxana, 342-si mədəniyyət evi və klub müəssisəsi, 20-si muzey, 25-i uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. Bu müəssisələrdən 14-ü ilkin monitorinq nəticəsində aşkar edilsə də, nazirliyin şəbəkəsində yoxdur.

Müəssisələrin, demək olar ki, hamısı tamamilə dağıdılmış vəziyyətdədir. Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonları üzrə aparılıb. Monitorinq davam edir və bu proses yekunlaşandan sonra erməni işğalı dövründə mədəniyyətimizə vurulmuş ziyanın tam mənzərəsini həm ölkə ictimaiyyətinin, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq”.

Azvision.az


Teqlər: Mədəniyyət   Qarabağ  






Xəbər lenti