Mehriban Əliyeva Tahir Salahovla bağlı paylaşım etdi

   Mehriban Əliyeva Tahir Salahovla bağlı paylaşım etdi
  21 May 2021    Oxunub:2522
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Tahir Salahovun vəfatı ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.
Azvision.az xəbər verir ki, paylaşımda deyilir:

"Tahir Salahov təmizürəkli, səmimi, son dərəcə bacarıqlı və səxavətli insan idi. O, özünün çoxşaxəli istedadı, tükənməz enerjisi, peşəsinə hədsiz sədaqəti sayəsində bütün dünyada sənətsevərlərin böyük və sonsuz sevgisini qazanmışdı. Tahir Salahovun nurlu xatirəsi doğmalarının, həmkarlarının, dostlarının və onun nadir istedadının çoxsaylı pərəstişkarlarının qəlbində əbədi yaşayacaqdır".



Azvision.az


Teqlər: Mehriban-Əliyeva   Tahir-Salahov  






Xəbər lenti