Ağdamda ikimərtəbəli mağaza yandı

Ağdamda ikimərtəbəli mağaza yandı
  22 May 2021    Oxunub:1448
Ağdam rayonunun Quzanlı qəsəbəsində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 700 m² olan (hər mərtəbəsi 350 m²) tikintisi başa çatmayan ikimərtəbəli mağazanın ikinci mərtəbəsinin lambirindən ibarət tavanı 350 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti