Azərbaycan daha bir ölkədə səfirlik açır

   Azərbaycan daha bir ölkədə səfirlik açır
  22 May 2021    Oxunub:3006
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi açılacaq.
Azvision.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin yaz sessiyası çərçivəsində mayın 25-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, iclasda “Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Azərbaycan   Səfirlik   BosniyavəHerseqovina  






Xəbər lenti