“Bu, Azərbaycanın daha gözəl görünməsinə yardım edir” - Səfir

“Bu, Azərbaycanın daha gözəl görünməsinə yardım edir” -  Səfir
  22 May 2021    Oxunub:1160
Azərbaycanda səfərdə olan Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri Qraham Stuart və səfir Ceyms Şarp Qala Tarix və Etnoqrafiya Qoruğundakı “Tullantıdan sənətə” sərgisini ziyarət ediblər.
Azvision.az bu barədə səfirliyin Tvitter səhifəsinə istinadla xəbər verir.

“Qalada yerləşən “Tullantıdan sənətə” sərgisi vacib mesaj verən əla incəsənət nümunəsidir. Məişət tullantılarının idarə edilməsi emissiyaların azaldılmasına və Azərbaycanın daha da gözəl görünməsinə yardım edir. Britaniya şirkəti artıq bu sahədə də Azərbaycanda fəaliyyət göstərir", - deyə səfir Şarp bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CeymsŞarp  






Xəbər lenti