“Ağdamda gördüyümüz mənzərə ürəkağırıdıcıdır” - ABŞ-ın keçmiş səfiri

 “Ağdamda gördüyümüz mənzərə ürəkağırıdıcıdır” -   ABŞ-ın keçmiş səfiri
  22 May 2021    Oxunub:3777
Ağdamda gördüyümüz mənzərə, dağıntılar çox ürəkağırıdıcıdır. Bu dağıntılar insanların həyatına qarşı təcavüzü göstərir.
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta erməni işğalından azad olunmuş Ağdam şəhərində jurnalistlərə açıqlamasında deyib.

Sekuta bildirib ki, Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsi yaxşı haldır: "Lakin, bu ərazilərin bərpası xeyli zaman alacaq. Biz Azərbaycan və Ermənistanın tezliklə mehriban qonşuluq, sülh şəraitində yaşamalarını arzulayırıq".

Qeyd edək ki, mayın 22-də ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.

Azvision.az


Teqlər: ABŞ   Keçmiş   Səfir  






Xəbər lenti