Ordumuzda hərbi beşnövçülük yarışları keçirilib - VİDEO

Ordumuzda hərbi beşnövçülük yarışları keçirilib -    VİDEO
  22 May 2021    Oxunub:2132
Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçular arasında hərbi beşnövçülük yarışları keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yarışlarda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən hərbi idmançılar fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıb. Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma, kross və üzgüçülük növləri üzrə hərbi beşnövçülükdə güclərini sınayıb.

Sonda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıb.




Azvision.az


Teqlər:






Xəbər lenti