Çin Rusiya ərazilərinə göz dikib
Çin mətbuatının məlumatına görə, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı istənilən qətnaməsində Rusiyaya qarşı məqamlar olarsa, dərhal veto hüququndan istifadə edəcək.
Digər tərəfdən isə Ümumçin xalq nümayəndələri iclasında Rusiyanı narajat edə biləcək qərar çıxarılıb. Belə ki, Rusiyanın xarici ölkə ərazisini özünə birləşdirməsini asanlaşdıran qanun Çində də qəbul edilib.
Hər hansı ölkənin müəyyən ərazidə yaşayan əhalisi Çinin tərkibinə daxil olmaq istəsə yeni qanun bu proseduru asanlaşdıracaq. Digər bir qanunla isə rusiyalılara Çin vətəndaşlığının verilməsi prosesi sadələşdiriləcək.
Xatırladaq ki, Rusiyanın Uzaq Şərq bölgəsində çinli əhalinin sayı sürətlə artır. Və Çində vaxtı ilə ona məxsus olan bu əraziləri yeni özünə birləşdirməsi ilə bağlı çağırışlar son dövrlərdə artıb.
Vüqar İsmayılov
Teqlər: